Dini şeir

Allah dediz, biz ah çəkdik dərindən,

Utandı hər mömin öz əməlindən.

Gəlməsə heç bir şey mömin əlindən,

Demək ki, vicdanın o oyatmır heç.

 

Ahımız, gəl sən dirilt qəlbimizi,

Yetir yaradana iniltimizi,

Görəsən Allah da duyurmu bizi?!

Yoxsa fəryadımız ona çatmır heç.

 

Biz bilirik bu yol Əli yoludu,

Neçə yoldan yalnız bu yol doğrudu,

Əməlimiz günahlarla doludu,

Biz atırıq onlar bizi atmır heç.

Elə bu məclisin qəfil bir anı,

Dedim ki, tapıldı dərdin dərmanı,

Ürəyim istədi görüm Zəhranı,

Yoxsa günahkara başın qatmır heç?!

0 Yorum
Inline Feedbacks
View all comments
Scroll to Top